Sərgi haqqında“WorldFood Azerbaijan” sərgisi özünü regionda yeyinti sənayesinin ən vacib və sayılıb-seçilən tədbirlərindən biri kimi təqdim edib
WORLDFOOD: FAKTLAR VƏ RƏQƏMLƏR
 |
Yaranma tarixi: |
1995 |
 |
Dövriliyi: |
hər il |
|
|
|
| WORLDFOOD 2009 |
 |
Ekspozisiyanın sahəsi: |
1 600 kv.m |
 |
İştirakçıların sayı:
|
74 |
 |
İştirakçı ölkələrin sayı:
|
19 |
 |
Ziyarətçilərin sayı:
|
5438 |
APARILMIŞ SORĞUNUN NƏTİCƏLƏRİ
- Peşəkar ziyarətçilərin 93%-i sərgini 2010-cu ildə yenidən ziyarət etməyi planlaşdırır.
- İştirakçıların 78%-i əmindir ki, sərgilərdə iştirak etmək Azərbaycanda biznesin inkişaf etdirilməsi üçün çox vacibdir.
- İştirakçıların 88%-i məhsul və xidmətlərin satışı üçün qoyulan şərtlərlə tam razıdır.
Tədqiqatlar “SIAR Research and Consulting” şirkəti tərəfindən həyata keçirilmişdir.
Sərginin daimi iştirakçılarının siyahısı: “BUCHER Austria”, “Sri Lanka Tea Board”, “Buhler Switzerland”, “ADA-Trade CJSC”, “Gilan Holding”, “AZERSUN Holding”, “AZNAR OJSC”, “UNIKAL Foodstuffs Production”, “BETA Food Industry and Trade”.

1-ci Azərbaycan Beynəlxalq Halal Qida Məhsulları Sərgisi
İlk dəfə olaraq Qafqaz regionunda “HalalFood” – “Halal” məhsulların sərgisi keçiriləcək. Bu sərgi Sizin üçün şirkətinizin istehsal etdiyi “halal” ərzaq məhsullarını sərgidə nümayiş etdirmək, potensial tərəfdaşlar ilə məhsuldar görüşlər keçirmək, ərzaq və qida məhsulları üzrə sərfəli müqavilələr bağlamaq kimi unikal bir şansdır.
- Statistikaya əsasən, hal-hazırda dünyada müsəlmanların 70%-i “halal qida” standartlarına riayət edir və qlobal miqyasda “halal qida” məhsullarının bazarı 580 milyard ABŞ dolları təşkil edir.
- Azərbaycanda əhalinin 95%-i müsəlmandır. Respublikanın müstəqilliyə nail olduğu dövrdən hal-hazıra qədər, əhalinin halal qida məhsullarının istehlakına olan diqqət getdikcə artır və halal ərzaq məhsullarının istehsalı ilə məşğul olan bir çox ixtisaslaşdırılmış müəssisələr təsis edilmişdir.
- Sözügedən sektorda çoxsaylı müəssisələrin fəaliyyət göstərməsinə baxmayaraq, bu gün istehsal cari tələbatı ödəmək iqtidarında deyil.
- 2009-cu ilin on bir ayının nəticələrinə əsasən, Azərbaycan ümumi daxili məhsulun artım templəri üzrə MDB ölkələri arasında aparıcı mövqeyə malikdir. Belə ki, göstərilmiş dövr ərzində Azərbaycanda ümumi daxili məhsulun artımı 9,3% təşkil etmişdir.
- Dünya Bankının hesabatına əsasən, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində həyata keçirilən islahatlara görə Azərbaycan bütün dünyada lider mövqedədir.
- Növbəti 20 il ərzində Azərbaycanın neft məhsullarının satışından əldə edəcəyi gəlir 400 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir.
- Bu gün Azərbaycanda bir çox ərzaq məhsulları üzrə daxili tələbat bütünlüklə təmin edilir. Bundan əlavə, ölkənin coğrafi baxımdan əlverişli mövqedə yerləşməsi yerli kənd təsərrüfatı məhsullarının təkcə qonşu Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına deyil, eləcə də dünya bazarlarına yüksək gəlir gətirən ixracını təmin edir.
Bu gün Azərbaycan halal ərzaq istehsal edən sənaye və kommersiya müəssisələrinin yaradılması baxımından əlverişli bir məkandır.
Sərgidə iştirak etməyin üstünlükləri:
Sərgidə iştirak etməyin ən başlıca üstünlüyü təkcə hədəf ziyarətçilər qrupu deyil, eləcə də kütləvi informasiya vasitələrinin, dövlət strukturlarının diqqətinin Sizin müəssisənizin məhsullarına cəlb olunması, hədəf qrupu ilə çoxsaylı yüksək keyfiyyətli əlaqələrin qurulmasıdır.
- İxtisaslaşdırılmış “WorldFood” sərgisi qida sənayesi üçün görüş yeridir. Burada iştirakçılara bənzərsiz və geniş imkanlar açılır.
- Sərgi keçirilən müddətdə sərgi meydançası və onun ətrafında qısa zaman ərzində ən intellektual və material resurslar bir araya gəlir.
- Sərgidə iştirak etməklə Siz qısa zaman ərzində bazarın böyük bir hissəsini əhatə edə bilərsiniz.
- Sərgi xaricdən gəlmiş peşəkar ziyarətçilərin bir çoxu ilə səmərəli görüşlərin keçirilməsi yolu ilə effektiv şəkildə yeni xarici bazarlara daxil olmağa, diller şəbəkəsinin formalaşdırılmasına yardım göstərir.
- Sərgi yeni məhsullara olan tələbatı öyrənmək, rəqiblərin fəaliyyətini tədqiq etmək üçün ideal bir məkandır.
Artıq sübut olunmuşdur ki, sərgi eksponatları bütün digər vasitələr ilə müqayisədə məhsulların alışına altı dəfə daha çox təsir göstərir və bu eksponatlar digər reklam daşıyıcıları və vasitələri ilə müqayisədə daha çox yadda qalır. Statistika göstərir ki, alış üzrə məsul şəxslərin 57%-i məhsul və xidmətləri məhz sərgidə əldə edirlər, ziyarətçilərin 90%-i isə hər hansı məhsulun əldə edilməsinə qərar vermək üçün məhz sərgilərdə əldə etdikləri informasiyadan yararlanırlar.
|