Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sərgi xəbərləri

2010-cu ildə “Iteca Caspian” şirkəti tərəfindən Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfransların rəsmi telekommunikasiya tərəfdaşı adına “Azerfon-Vodafone” mobil operatoru layiq görüldü.

Sözügedən razılıq hər iki şirkətin son üç il ərzində məhsuldar əməkdaşlıq etməsi nəticəsində yarandı. İlk dəfə “Azerfon” şirkəti 2007-ci ildə keçirilən “BakuTel” Azərbaycan Beynəlxalq Sərgi və Konfransında iştirak edərək öz “NarMobile” ticarət markasını təqdim etdi. 2008-ci ildə isə “Azerfon” “BakuTel” sərgisinin baş sponsoru qismində çıxış etdi. Ötən il, “BakuTel” sərgisinin iştirakçıları və ziyarətçiləri sərgi çərçivəsində yeni “Azerfon-Vodafone” ticarət markasının təqdimat mərasiminin şahidi oldular.

“Azerfon – Vodafone” şirkətinin rəhbəri xanım Leyla Nəsrullayeva iki şirkətin əməkdaşlığının uğurlu olacağına əmin olduğunu bildirdi:

“Bizim Azərbaycanda sərgi sənayesinin lideri olan “Iteca Caspian” şirkəti ilə əməkdaşlığımız təsadüfi deyil. Bizim əsas strategiyamız Azərbaycanda bu gün telekommunikasiya sektorunun inkişafının yeni mərhələlərinə və baş verən iqtisadi proseslərə dəstək verməkdən ibarətdir. Hal-hazırda, “Azerfon” şirkəti Azərbaycanda mobil rabitə sektorunun dünya mobil rabitə sisteminə sıx inteqrasiyası prosesinin əsaslı bünövrəsini qoymağa müvəffəq olmuşdur. Bizim ən əsas və ümumi məqsədimiz sərgi iştirakçılarına mobil rabitə sahəsində 3G texnologiyalarına əsaslanan  ən qabaqcıl xidmət və servisləri eksklüziv olaraq təqdim etməkdir”.

Eyni zamanda, “Iteca Caspian” şirkətinin direktoru cənab Fərid Məmmədov da qurulmuş tərəfdaş münasibətlərindən razı qaldığını bildirdi: “Biz öz tərəfdaşlarımız arasında Azərbaycanda qabaqcıl informasiya və kommunikasiya texnologiyaları sektorunun önündə addımlayan “Azerfon – Vodafone” şirkətini görməyə çox şadıq. Əminəm ki, öz sahələrində lider sayılan hər iki şirkətin tərəfdaşlığı bizim 2010-cu ildə keçirəcəyimiz tədbirlərin iştirakçıları və qonaqları üçün yeni imkanlar açacaq”.

bütün xəbərlər





XƏBƏRLƏR
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  06/09/2010 07/09/2010
USD 0.8034 0.8036
EUR 1.0360 1.0291
GBP 1.2436 1.2360
RUR 0.0263 0.0262
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek